"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “İslami dəyərlər və vətən sevgisi” mövzusu müzakirə edilmişdir

Sentyabrın 23-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Böyük Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlik mili qürurumuz, mənəvi dəyərimizdir” adlı layihə çərçivəsində “İslami dəyərlər və vətən sevgisi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, Böyük Xocavar kənd məscidi dini icmasınin sədri Əliəşrəf Zeynalov, gənclər və ziyalılar iştirak edib.
Böyük Xocavar kənd məscidi dini icmasınin sədri Əliəşrəf Zeynalov islamın vətənə verilən dəyərdən söhbət açdı. Dinimizin vətən sevgisinə münasibətini qeyd edərək Peyğəmbərimizin (ə,s) “Vətəni sevmək imandandır” müdrik kəlamını xatırlatdı. 
DQİDK Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında qeyd etdi ki, Həzrəti Peyğəmbəriniz (ə,s.) buyurmuşdur: ” Sərhəd boyunca vətəni qoruyanın gözlərini cəhənnəm atəşi yandırmayacaq, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.” Hər birimizin qəlbində müqəddəs bir hiss-vətənə olan məhəbbət hissi yaşayır. Dinimiz də vətənə olan məhəbbətə həmişə böyük önəm vermişdir.
 Digər çıxış edən natiqlər mövzu ətrafında fikirlərini bölüşərək belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna və Böyük Xocavar kənd məscidi dini icmasına minnətdarlıqlarını ifadə etdilər. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

calendar 24-09-2019, 11:31 eye 819 eye Paylaş