Sentyabrın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun mailiyyə dəstəyi və Zaqatala şəhər məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində Zaqatala rayon Mədəniyyət Mərkəzində “ Mənəvi dəyərlərimizin yaşadılması uğurlu gələcəyimizin zəmanətidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Zaqatala rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, Zaqatala şəhər məscidi dini icmasının sədri Rəşad İbrahimov, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörən siyasəti nəticəsində əsası qoyulmuş dövlət-din münasibətlərinin Azərbaycan modeli, tolerantlıq və multikulturalizm dəyərlərinin bu gün ölkə Prezidenti cənab İham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi qeyd edilib, xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanmasının hər bir vətəndaş üçün önəmli vəzifə olduğu və gələcək nəsillərə ötürülməsinin vacibliyi bildirilib. Qeyd edilib ki, gəncləri öz təsir qüvvəsi altına salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan və ziddiyət təşkil edən qeyri-ənənəvi dinlərin, radikal dini cərəyanlarların məkirli siyasəti və gənclərin bu qrupların təsir dairəsinə düşməsinin qarşını almaq üçün milli-mənəvi dəyərlərə bağlılığın labüdlüyü, onların geniş təbliğ edilməsi və qorunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablanıdırılıb.