"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

“Bu günün şagirdi sabahın tələbəsi və əsgəridir” – “MDTF-nin addımını ürəkdən dəstəkləyirəm”

Dilavər Əzimli: “İmkanlı şəxsləri bu cür tədbirlərə qoşulmağa səsləyirəm”

Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) cəbhəyanı ərazilərdə yaşayan aztəminatlı ailələrin birinci sinfə gedən övladlarına məktəbli formaları hədiyyə edib, təhsil yolunda ilk addımını atan azyaşlılara növbəti dəfə diqqət və qayğı sərgiləyib.
Təmas xəttinə yaxın ərazilərdəki aztəminatlı ailələrin məktəbli övladlarına bu cür yardımların göstərilməsi onların yüksək təhsil almalarını, həmin şəxslərin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün daha faydalı vətəndaşlar olmasını təmin etmək baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli Mənəvi Dəyərlərin Təbliği Fondunun bu addımını alqışladığını qeyd etdi:
“Mən bir ziyalı olaraq bunu ürəkdən dəstəkləyirəm. Bu, hər şeydən öncə yüksək mənəviyyatın, vətənpərvərliyin göstəricisidir.Vətən bu milləti sevənlərindir... Bu günkü şagird sabahkı tələbə, sabahkı əsgərdir.İstərdik ki, imkanlı insanlarımız da bu cür tədbirlərə qoşulsunlar.
Çoxlu tələbələrimiz var ki, maddi çətinlik çəkirlər. Bəzilərinin valideynləri də yoxdur. Bu çox yaxşı tədbir olardı... Onda bir çox problemlər həllini tapardı.

calendar 12-09-2019, 10:56 eye 817 eye Paylaş