Sentyabrın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhər “Zəhra” məscidi dini icması “Azərbaycançılıq və Milli-mənəvi dəyərlər“adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir?” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Mingəçevir şəhər “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov,DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Sahib Hacıyev,Mingəçevir şəhər “Heydər” məscidinin naib imamı Müşfiq Nəcəfov, ziyalılar, gənclər və din xadimləri iştirak edib.
Natiqlər bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, xüsusilə gənclərin öz milli-mənəvi dəyərlərinə sahib çıxmalı olduğunu və milli ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.