Sentyabrın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zaqatala şəhər məscidi dini icmasının təşkilatçılığı ilə birgə həyata keçirilən ”Mənəvi dəyərlər və müasirlik” adlı layihə çərçivəsində Bakı İslam Universitetinin Zaqatala şöbəsində “Mənəvi dəyərlərimiz və müasir çağırışlar” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin məsləhətçisi Vüqar Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdiri, Zaqatala rayon qazisi Malik Bilalov, Zaqatala RİHB-nın Zaqatala şəhər İƏD üzrə nümayəndəsinin müavini Elbrus Məmmədov, Zaqatala şəhər məscidi dini icmasının sədri Rəşad İbrahimov, dini icma üzvləri və rayon ictimaiyyətinin nümayəndələıri iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərin hər bir Azərbaycan vətəndaşı üçün önəmli olduğu vurğulanmış, dini icmaya təqdim olunan layihə barəsində tədbir iştirakçılarına məlumat verilmiş, dini icmalara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə edilmişdir. Qeyd edilmişdir ki, milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ənənəvi İslam dəyərlərinin qorunub-saxlanılması gələcək inkişaf üçün olduqca vacib amildir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.