Sentyabrın 4-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Sığaloni kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Sığaloni kəndində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Tacəddin Sadıqov, Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, məscidin imamı Rəhman Muradov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi dəyərlərindən danışılıb. Natiqlər bu dəyərlərin qorunması, gənclərin Azərbaycançılıq ideologiyası əsasında tərbiyə edilməsinin vacibliyinə diqqət çəkiblər.