"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı maarifləndirici tədbir keçirilib

Sentyabrın 2-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Qurumba  kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Rvo kənd bələdiyyəsinin sədri Kamal Hüseynov, dini icmanın sədri Hacıhəsən Babayev, kənd məktəbinin direktoru Yüzbaşı Ağayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti qeyd edilib. Natiqlər, dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs ediblər. Vurğulanıb ki, yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca əhəmiyyətlidir. 

calendar 2-09-2019, 16:40 eye 891 eye Paylaş