14 noyabr 2018-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyə dəstəyi və Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “İslamda vəhdət anlayışı” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov və Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasınin sədri Zakir Abdullayev, Masallı rayonu Babaser kənd ümumi orta məktəbin direktor müavini Salman Həsənov, ziyalılar və gənclər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Masallı rayonu Babaser kənd ümumi orta məktəbin direktor müavini Salman Həsənov qeyd etdi ki, vəhdət birlik, bütövlük, bölünməzlik rəmzidir. Vəhdət bərabərlik və yekdillik deməkdir. DQİDK Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov bildirdi ki, müxtəlif ideologiya və əqidələrə sahib olan insanların orta nöqtədə birləşmələri, müştərək məkanda eyni görüş və strategiyanı izləmələri yalnız cəmiyyətə fayda verə bilər. O, sonra qeyd etdi ki, vəhdət bəzilərinin başa düşdüyü kimi insanın öz fikrindən vaz keçib başqasının fikrini qəbul etməsi demək deyil. İcma sədri Zakir Abdullayev və başqaları İslamda vəhdətə verilən önəmdən söhbət açdılar. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı