"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “Şəhidlik milli qürurumuz, mənəvi dəyərimizdir” mövzusu müzakirə edilib

Avqustun 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Masallı rayonu Böyük Xocavar kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlik milli qürurumuz, mənəvi dəyərimizdir” adlı layihə çərçivəsində “İslamda şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Bambaşı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elsevər Məcidov, Böyük Xocavar Bələdiyyəsinin sədri Böyükxan Rəhimov, Böyük Xocavar kənd məscidi dini icmasınin sədri Əliəşrəf Zeynalov, ziyalılar və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Böyük Xocavar Bələdiyyəsinin sədri Böyükxan Rəhimov qeyd edib ki, şəhidlik məqamı hər bir gəncin arzusu, torpaqlarımız uğrunda canını fəda etmək amalı olmalıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, ulu babalarımız Vətən uğrunda döyüşə gedərkən uca məqama-şəhidlik zirvəsinə yüksəlməyi özlərinə şərəfli yol sanmışlar. Natiq sonra qeyd edib ki Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yaşatmaq hamımızın borcudur. 
Dini icma sədri Ələşrəf Zeynalov, məktəb direktoru Abusət Zeynalov və başqaları dinimizin şəhidliyə verdiyi önəmdən söhbət açdılar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 29-08-2019, 16:06 eye 1 017 eye Paylaş