"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Avqustun 26-da Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans keçirilib

Tədbir çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondu və "İmam Rza" məscidi dini icmasının Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə elan etdikləri yazı müsabiqəsinin qalibləri elan edilib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov yazı müsabiqəsi haqqında məlumat verib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti barədə danışıblar. Bildirilib ki, Allahşükür Paşazadə ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı dini etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsində əvəzsiz xidmətlər göstərib.
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

calendar 26-08-2019, 15:25 eye 689 eye Paylaş