"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun könüllüləri Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Şeyx Cüneyd türbəsini ziyarət ediblər

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri Qusar rayonunda təşkil edilmiş "Yay məktəbi"nin üçüncü günündə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Qusar rayonunun Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsini ziyarət ediblər.
Xatırladaq ki, 19-23 avqust tarixlərini əhatə edən Yay düşərgəsi çərçivəsində könüllülər avqustun 20-də Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, dağ yəhudilərinin yığcam şəkildə yaşadığı Qırmızı qəsəbəni ziyarət ediblər.

calendar 21-08-2019, 14:46 eye 998 eye Paylaş