"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Qusarda Fondun könüllüləri üçün təşkil edilmiş "Yay məktəbi" öz işini davam etdirir

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün təşkil edilən "Yay məktəbi"nin ikinci günündə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyevin "Mənəvi dəyərlərin təbliğində könüllülük fəaliyyəti", "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Şahin Əliyevin "Zehnimizin gizli istifadəçiləri" mövzusunda mühazirələri dinlənildi.
Qeyd edək ki, 19-23 avqust tarixlərini əhatə edəcək beş günlük "Yay məktəbi" çərçivəsində könüllülər bugün Quba Soyqırımı Memorial Kompleksini və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəni ziyarət edəcəklər.

calendar 20-08-2019, 16:25 eye 663 eye Paylaş