13 noyabr 2018-ci il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə " Gənc nəslin tərbiyəsində milli- mənəvi dəyərlərimizin əhəmiyyəti” layihəsi çərçivəsində “Mənəvi dəyərlər nədir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elbəy Dəmirov, İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov, İmişli rayon Xoşçobanlı kənd İ.Əhmədov adına tam orta məktəbin müəllimi Cəbrayıl Şirəliyev, həmin məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan DQİDK-nın İmişli bölgəsi üzrə şöbənin müdiri Cavanşir Bəhrəmov xalqımızın milli-mənəvi dəyərlər sistemində mövcud olan tolerant və multikultural dəyərlərindən bəhs edərək, tarixən mövcud olan bu dəyərlərin kökünün xalqımızın keçmişindən irəli gəldiyini bildirdi.Tədbirdə İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, milli-mənəvi dəyərlərimizin, eləcə də bu dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin qorunmasının vacibliyindən bəhs etdi. O, mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunaraq, dini dəyərlərimizin mənəvi dəyərlərimiz içərisində özünəməxsus yerinin olduğunu qeyd etdi. Daha sonra İmişli rayon İ.Əhmədov adına Xoşçobanlı kənd tam orta məktəbin müəllimi Cəbrayıl Şirəliyev öz çıxışında, milli-mənəvi dəyərləri qorumağın və gələcək nəsillərə ötürməyin əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, gələcəyə sağlam iradəli gənclik yetişdirmək üçün gəclərin təhsilə və elmə daha çox diqqət yetirmələrini tövsiyə etdi.