"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Oğuzda keçirilən "Vəhdət dəyərimizdir" layihəsi mühazirələrlə öz işini davam etdirir

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Oğuz rayonunda həyata keçirilən və 6-8 avqust tarixlərini əhatə edən seminar öz işini davam etdirir.

Seminarın ikinci günündə AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibovun “Məzhəblərarası münasibətlər və vəhdət çalışmaları”, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyevin "Quran ayələrində vəhdət" mövzusunda mühazirələri dinlənilib. 

Avqustun 7-də və 8-də seminar iştirakçıları üçün Oğuz rayonu Tarix-diyarşünaslıq muzeyi, Alban Udi Xristian dini icmasına məxsus Kala Gerges Alban məbədi,  Xalxal şəlaləsi və Kərimli kurqanları, Oğuz rayonunda yerləşən Yuxarı və Aşağı məhəllə sinaqoqları ilə tanışlıq nəzərdə tutulub.

calendar 7-08-2019, 12:20 eye 784 eye Paylaş