Avqustun 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Oğuz rayonunda həyata keçiriləcək üç günlük seminar öz işinə başlayacaq. Seminarda Oğuz, Şəki və Qəbələ rayonlarından olan din xadimləri ilə yanaşı, eyni zamanda Saatlı, Sabirabad, İmişli və Neftçaladan olan din xadimləri də iştirak edəcək.
6-8 avqust tarixlərini əhatə edəcək üç günlük seminar çərçivəsində Oğuz rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.