"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu Bakıda iftar süfrəsi təşkil edib

Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub.
Fondun icraçı direktoru Mehman İsmayılov iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov çıxışında Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunmasını və təbliğini daim diqqət mərkəzində saxladığını vurğulayıb. Bildirib ki, ölkəmizdə İslam mədəniyyətinə və digər dinlərə aid tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların bərpası ilə bağlı xüsusi sərəncamların imzalanması deyilənləri bir daha təsdiqləyir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan qurumun əsas fəaliyyət istiqamətlərini də milli mənəvi dəyərlərin qorunması və təbliği, habelə bu istiqamətdə maarifləndirmə işinin aparılması təşkil edir. Fondun icraçı direktoru, eyni zamanda, şəhidlik məqamının dinimizdə yüksək qiymətləndirildiyini qeyd edərək Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı diqqətə çatdırıb ki, xalqımız əsrlərboyu milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının özünəməxsus yeri var. DQİDK sədrinin birinci müavini islami dəyərlərin qorunub saxlanılmasının ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O deyib ki, dövlətimizin başçısının hər il Ramazan ayında İslam və digər dini konfessiyaların nümayəndələri ilə iftar süfrəsində iştirak etməsi onun milli mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirir.
Sonda şəhidlərin ruhuna dualar oxunub.

calendar 30-05-2018, 16:44 eye 857 eye Paylaş