"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün növbəti iftar süfrəsi Sumqayıt şəhərində təşkil edilib.

Mayın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün növbəti iftar süfrəsi Sumqayıt şəhərində təşkil edilibTədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşları Vüqar İmamquliyev və Emin Mehtiyev iştirak ediblər.Çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun baş məsləhətçisi Emin Mehtiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Fondun fəaliyyəti barədə məlumat verib və Ramazan ayı ərzində həyata keçiriləcək tədbirlərdən danışıb. Eyni zamanda yeni fəaliyyətə başlayan Fondun gələcəkdə mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində maarifləndirmə işinin aparacağını bildirib.Emin Mehtiyev ölkəmizdə yaşayan dindarların Ramazan ayını öz inanclarına və mənəvi dəyərlərinə uyğun keçirmələri üçün dövlət tərəfindən bütün zəruri şəraitin yaradıldığını qeyd edib. Həmçinin bu cür tədbirlərin dindarlara və şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. O, Ramazan ayının fəzilətindən, bu ayın müsəlmanlar üçün nə qədər dəyərli olmasından danışıb

calendar 29-05-2018, 16:40 eye 874 eye Paylaş