"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Qəbələ və Ağdaş rayonlarında Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri, müharibə veteranları və din xadimləri üçün iftar süfrələri təşkil edilib.

Mayın 21-də Qəbələ və Ağdaş rayonlarında Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrələri təşkil edilib.
Qəbələ rayonunda təşkil edilən tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktor müavini Ceyhun Əliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qəbələ bölgəsi üzrə qazısı Ceyhun Rüstəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tutulan orucların, edilən dua və ibadətlərin Allah dərgahında qəbul edilməsi, xalqımızın firavanlığı, Vətənin keşiyində dayanan əsgər və zabitlərimizin salamatlığı üçün dualar edən QMİ-nin Qəbələ bölgəsi üzrə qazisi Ceyhun Rüstəmov iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Fondun icraçı direktoru Mehman İsmayılov torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyərək şəhidlərin bütün Azərbaycan xalqı üçün dəyərə çevrildiyini, onların əbədi olaraq hər birimizin qəlbində yaşayacağını qeyd edib. M.İsmayılov iştirakçıları Ramazan ayı münasibətilə təbrik edib. İcraçı direktor iftar süfrəsinin təşkil edilməsi üçün yaradılan şəraitə görə Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə Mənəvi Dəyərlərin Təbliği Fondu adından təşəkkürünü bildirib.
Ağdaş rayonunda təşkil edilən iftar mərasimində Fondun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şirvan bölgəsi üzrə qazisi Əli Məmmədov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin nümayəndələri iştirak ediblər.
İştirakçıları mübarək Ramazan ayı münasibəti ilə təbrik edən QMİ-nin Şirvan bölgəsi üzrə qazisi Əli Məmmədov qeyd edib ki, Ramazan ayı sülh, birlik, mənəvi təmizlənmə, bərəkət və rəhmət ayıdır. Bu ayda edilən bütün dualar Allah dərgahında qəbul edilir.
Fondun şöbə müdiri Hatəm Gülməmmədov bildirib ki, şəhidlik İslam dininə görə ən uca zirvədir. Ona görə də, Uca Yaradan Qurani-Kərimdə şəhidlərə ölü deməməyi əmr etmiş, onların diri olduqlarını bildirmişdir.
Təşkil edilən İftar sufrələrində Qurani-Kərim tilavət edilib, dualar oxunub.

calendar 22-05-2019, 09:55 eye 1 049 eye Paylaş