"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Atasının başladığı işi davam etdirən Şəhid

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri şəhid Cabbarxan İlham oğlu Hacıağayevin ailəsinin məskunlaşdığı evi ziyarət ediblər. Cabbarxan Hacıağayev 2016-cı il aprelin 4-də Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Cabbarxanın atası İlham Hacıağayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş Horadiz əməliyyatında iştirak etmişdir. Horadiz əməliyyatının strateji hədəflərindən biri də Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi idi. Bu müqəddəs missiyanı davam etdirən Azərbaycan Ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Ölümündən yarım saat əvvəl atasına zəng edərək “Sizin başladığınız işi davam etdirərək Lələtəpəni almışıq” deyən Cabbarxan həmin döyüşlərdə şəhid olan qəhrəmanlardan biridir. Onun bədəninin bir hissəsi Lələtəpədə dəfn edilmişdir.
Qürur və fəxarət mənbəyimiz olan Cabbarxan Hacıağayevi şəhadətinin 3-cü ildönümündə dərin hörmətlə yad edir, Allahdan rəhmət diləyirik.

calendar 4-04-2019, 16:59 eye 756 eye Paylaş