"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lerikdə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib

Fevralın 22-də Lerik rayonu Vizəzəmin kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri və imamı Rauf Əliyev, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı gənclər arasında milli-mənəvi, tolerant və multikultural dəyərlərimizin təbliğ edilməsinin vacibliyi qeyd edilib. Ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışılıb. Keçirilən maarifləndirici tədbirlərə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıq ifadə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 22-02-2019, 14:01 eye 882 eye Paylaş