Fevralın 22-də Neftçala şəhəri Heydər Əliyev mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Neftçala şəhər “Sahib Əzzaman” məscidi dini icmasının təşkilatçılığı ilə “Tolerantlıq – əxlaqi davranış və mədəniyyət məsələsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev, Neftçala şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala şəhər “Sahib Əzzaman” məscidi dini icmasının sədri Mirseymur Əliyev iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, tolerantlıq cəmiyyət arasında mənəvi tələbatdır və hər bir vətəndaş Azərbaycanda nümunəvi şəkildə inkişaf etmiş tolerantlıq mədəniyyətini qorumalı və ona sahib çıxmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.