Fevralın 21-də Lənkəran rayonu Bəlləbur kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, dini icmanın sədri Sabir Cəfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti qeyd edilib. Dini radikalizm və erkən nikaha qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliğ edilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə həmçinin mənfur ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırım cinayətləri haqqında məlumat verilib və soyqırımın təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğu diqqətə çatdırılıb. Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.