"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” mövzusu müzakirə edilib

Fevralın 21-də Lənkəran   rayonu Göyşaban  kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran   rayonu Göyşaban  kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞİH başçısının Göyşaban kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yusif Xamıyev, dini icmanın sədri Marafat Musayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxışlar zamanı xalqımızın tarixən mövcud olan tolerant və multikultural dəyərlərindən və bu dəyərlərin həmrəyliyin qorunmasındakı əhəmiyyətindən danışılıb. Milli-mənəvi dəyərlərimizə zidd olan dini radikalizm, erkən nikah və onların fəsadları haqqında fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 
Tədbirdə həmçinin 1992-ci ilin fevralın 26-da Xocalıda mənfur qonşularımız olan ermənilər tərəfindən törədilən soyqırım dəhşətləri vurğulanıb və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. 

calendar 21-02-2019, 09:54 eye 725 eye Paylaş