"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zərdabda “Ən ülvi duyğu vətən sevgisi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Fevralın 20-də Zərdab rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zərdab rayonu Gəlmə kənd  məscidi dini icmasının təşkilatçılığı ilə “Ən ülvi duyğu vətən sevgisi” adlı layihə çərçivəsində “İslamda vətənpərvərlik anlayışı” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı diqqətə çatdırılıb ki, vətənpərvərlik ülvi bir hiss olduğundan bütün yazılı mənbələrdə, eləcə də dinlərdə bu amilə xüsusi diqqət yetirilib, Vətənin müdafiəsi, onun qorunması vacib hesab olunub. Vətən amalı, torpaq sevgisi bizim hər birimizin müqəddəs missiyasıdır. İslam dinində də vətənpərvərlik anlayışı yüksək tutulur. Təsadüfi deyil ki, dinimizdə torpaq, Vətən uğrunda şəhid olan şəxsin ən ali zirvəyə, şəhidlik mərtəbəsinə ucaldığı əksini tapır. Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həmişə mənəvi dəyərlərimizin bir qolu olan vətən sevgisini önə çəkərək vətən uğrunda şəhid olan qəhrəmanlarımızı diqqətdə saxlayırlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 20-02-2019, 17:30 eye 1 026 eye Paylaş