Fevralın 20-də Tərtər rayonu Uşaq Musiqi məktəbində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir və belə tədbirlərinin keçirilməsi milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm əhəmiyyətə malikdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.