Fevralın 19-da Şəki rayonu Kiçik Dəhnə kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəki rayonu Suçma kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərlərinin inkişafında milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazisi Kamran Məmmədov, Şəki rayonu Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyi diqqətə çatdırılıb, müqəddəs İslam dini dəyərlərin hər zaman cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin təminatçısı olması vurğulanıb. Azərbaycan xalqının qədim dövrlərdən bu günədək İslam dəyərlərinin qorunub saxlanılmasında milli-mənəvi dəyərlərin rolundan danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.