"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şabranda mənəvi dəyərlərin təbliği ilə bağlı tədbir keçirilib

Fevralın 19-da Şabran  rayonu Çölquşçu kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şabran rayonu Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasirlik və milli-mənəvi dəyərlər” adlı layihə üzrə növbəti təbdir baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Çölquşçu kənd inzibati-ərazi nümayəndəsinin müavini Araz Xudayov, Çölquşçu kənd bələdiyyə sədri Firuzə Bayramova, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, kənd  ictimaiyyəti, o cümlədən ziyalılar və gənclər  iştirak edib.
Şabran RİH-nin Çölquşçu kənd inzibati-ərazi nümayəndəsinin müavini Araz Xudayov tədbiri açıq elan edərək bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən tədbirlərin mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslə aşılanmasında xüsusi rolu vardır və belə tədbirlər davam etdirilməlidir. 
DQİDK-nın Quba bölgəsi üzrə şöbənin əməkdaşı Aqil Əlisoy geniş məruzə ilə çıxış edərək, milli-mənəvi dəyərlərimizin müasir dövrdə gənc nəsil tərəfindən qorunmasının mühümlüyünə toxununaraq, gələcək nəsillərə ötürülməsində əsas rol oynadığını vurğulayıb.
Çölquşçu kənd bələdiyyəsinin sədri Firuzə Bayramova öz çıxışında radikalizmlə mübarizədə bir ana kimi qadınların rolundan danışaraq, övlad tərbiyəsinin bu mübarizənin əsaslarından olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 20-02-2019, 17:23 eye 662 eye Paylaş