"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şəkidə “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Fevralın 20-də Şəki rayonu Cunud kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəki rayonu Cunud kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazisi Kamran Məmmədov, Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, multikulturalizm və tolerantlıq, dini radikalizmin mahiyyətindən bəhs edilib, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 20-02-2019, 17:21 eye 683 eye Paylaş