"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Qax rayonunda növbəti maarifləndirici tədbir keçirilib

Fevralın 20-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qax rayonu Güllük   kənd “Cümə”  məscidi dini icmasının təşkilatçılığı ilə Qax rayon Güllük kənd məktəbində “Milli həmrəylik və din” layihəsi çərçivəsində “Milli həmrəyliyin qorunmasında multikulturalizmin və tolerantlığın rolu” adlı tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən   İlqar Vəliyev, Qax Rayon İcra Hakimiyyətinin (RİH)  əməkdaşı Fərid Muradov, Qax rayonu Təhsil şöbəsinin metodisti Leyla Mahmudova, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov,   Qax RİH başçısının Güllük kənd   inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Məmmədov, Güllük kənd “Cümə” məscidi dini icmasının sədri Rəhim Hüseynov, Qax rayonu  Güllük    kənd tam orta məktəbinin müəllimləri və kənd  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı İslam həmrəyliyindən,  ölkəmizdə milli həmrəyliyin qorunması istiqamətində atılan uğurlu addımlardan, həmrəyliyimizi formalaşdıran mənəvi dəyərlərimizdən danışılıb. Həmçinin multikulturalizmin və tolerantlığın həmrəyliyimizi formalaşdıran və qoruyan önəmli amil olduğu vurğulanıb, dini mövhumat və xurafatın yaratdığı dini radikalizmin və dini ekstremizmin İslam həmrəyliyinə vurduğu zərərdən və törətdiyi fəsadlardan danışılıb, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda   iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 20-02-2019, 17:19 eye 797 eye Paylaş