"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağdamda “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Fevralın 18-də Ağdam rayonu Musiqi kollecində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayonu Xındırstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, kollecin müəllim, tələbə heyəti və dini icma üzvləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, gənclərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, ağsaqqalların, xüsusilə ziyalıların imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır. Bu baxımdan dini maarifləndirmə tədbirlərinin əhəmiyyəti çox böyükdür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 18-02-2019, 17:16 eye 627 eye Paylaş