"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Masallıda “İslamda millət və din anlayışı” mövzusu müzakirə edilmişdir.

Fevralın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu II Səmidxan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq” adlı layihə çərçivəsində “İslamda millət və din anlayışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, II Səmidxan kənd məscidi dini icmasının sədri Hüseyn Qurbanov,Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının  Səmidxan kənd   inzibati ərazi vahidi üzrə nümayəndəsi Həsən Allahverdiyev, dini icma üzvləri, gənclər, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
Çıxışlarda bildirildi ki, islama görə insan həyatı müqəddəs və toxunulmazdır. Millətlərin azad yaşamaq, sərbəst düşünmək və etiqad etmək, qanun qarşısında bərabərlik, peşə sahibi olmaq, öz etiqad və ibadətlərini sərbəst icra etmək insanın təbii hüquqlarıdır.
Çıxışlarda həmçinin belə layihələrin keçirilməsinə görə Mənəvi Dəyərlərinin Təbliği Fonduna  minnətdarlıq ifadə edildi. 
Disskusiya şəraitində başa çatan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanıldı.

calendar 19-02-2019, 13:40 eye 781 eye Paylaş