"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cocuq Mərcanlıda növbəti maarifləndirici tədbir keçirilib

15.02.2019-cu il tarixdə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən amil kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri  və imamı Elman Piriyev, Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak etmişdilər. 
Çıxışlar zamanı qeyd olunmuşdur ki, xalqımız zəngin milli-mənəvi dəyərlərə malikdir. Bu dəyərlərin içərisində soy kökə və zəngin adət-ənənələrə bağlılıq mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, xalqımızın gənc nəslinin təlim-tərbiyəsində, ailə münasibətlərinin formalaşmasında, təlim, tərbiyə, təhsil işinin inkişafında mənəvi irs və qazanılmış təcrübə  əsas vasitələrdən biridir. Azərbaycançılıq ideyası, tolerantlıq, multikulturalizm və İslam dəyərlərindən istifadənin də xüsusi əhəmiyyəti vardır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

calendar 15-02-2019, 10:19 eye 594 eye Paylaş