"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şamaxıda “Vətənpərvərlik və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 15-də Şamaxı şəhər “Cümə” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı şəhəri “İmamzadə” məscidi dini icmasının təşkilatçılığı ilə  “Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “Vətənpərvərlik və gənclik”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Samir Yoldaşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, İmamzadə məscidinin imam-müavini Rəfail Şirinov, Şamaxı şəhər “Cümə” məscidi Mərkəz dini icmasının sədri Akif Hüseynov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə dövlətin gənclərə yüksək qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində mühüm tədbirlərin görülməsindən bəhs edilərək, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin bu sahədəki xidmətləri diqqətə çatdırılıb. Bildirilib ki, mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür.
         Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavabandırılıb.

calendar 15-02-2019, 09:58 eye 956 eye Paylaş