Fevralın 15-də Abşeron rayonu Saray qəsəbəsi “İmam Hüseyn” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saray qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam dini vahid milli ideologiyanın tərkib hissəsi kimi” layihəsi çərçivəsində “İslamda övlad tərbiyəsi və uşaq hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Saray qəsəbə “İmam Hüseyn” məscidinin imamı Etibar Ağayev, icma sədri Bəkir Cəfərov, icma üzvləri, qəsəbə sakinləri, ağsaqqallar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ailə dəyərləri haqqında ətraflı məlumat verilərək bildirilib ki, hər bir ailə eyni zamanda kiçik dövlətdir. Övladların düzgün tərbiyə olunması və bir fərd kimi gələcək nailiyətlərində ailənin rolu əvəzolunmazdır. Uşaq hüquqlarını qorumaq və elmli, savadlı, əxlaqlı vətəndaş kimi cəmiyyətə təqdim etmək bizim ən ümdə vəzifəmizdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.