Fevralın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Pirallahı rayonu Pirallahı qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən "Milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında gənclərin rolu" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşiyev, rayon ağsaqalları və qəsəbə sakinləri iştirak ediblər.
DQİDK-nın Bakı şəhər üzrə şöbəsinin əməkdaşı Vasif Musayev milli-mənəvi və dini dəyərlərə ölkə ərazisində qorunmasının və təbliğinin vacibliyini vurğulayıb, ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin daha böyük ölçüdə aparılmasından bəhs edib, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə almasında milli-mənəvi dəyərlərimizin böyük rol oynadığından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.