"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Siyəzən şəhərində milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib

     Fevralın 14-də Siyəzən şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi   dəyərlərimiz: adətlər, ənənələr” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev və rayon ictimaiyyəti iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. Natiqlər dövlətin milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində diqqət və qayğısını yüksək qiymətləndirərək bildiriblər ki,  milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı və müasirlik milli-mənəvi dəyərlərə qarşı olmamalıdır. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 14-02-2019, 10:36 eye 898 eye Paylaş