"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şabranda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən tədbirlər davam edir.

Fevralın 14-də Şabran rayonu Rəhimli kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şabran rayonu Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Müasirlik və milli-mənəvi dəyərlər” adlı layihə üzrə növbəti təbdir baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samir Məmmədov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, kənd  ictimaiyyəti, o cümlədən ziyalılar və gənclər  iştirak ediblər.
Natiqlər müstəqillik əldə edildikdən sonra ölkəmizdə fəaliyyət göstərən radikal qrupların fəaliyyətindən, onların missionerlik fəaliyyətinin üsul və formalarından danışaraq milli-mənəvi dəyərlərimizə olan hücumlarının qarşısının alınması yönündə aparılan işlər barədə məlumat veriblər. Missionerlik fəaliyyəti həyata keçirərək ölkədə öz çirkin məqsədlərini yaymaq istəyən qruplara qarşı ideoloji tədbirlərin rolunun mühüm olduğu, ölkədə biriliyin qorunmasının da milli-mənəvi dəyərlərimizin zənginləşməsindəki əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılıb.

calendar 14-02-2019, 10:35 eye 720 eye Paylaş