Fevralın 13-də Tərtər rayonu Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, dini icma üzvləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, dini maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsi gənclərin tərbiyəsində mühüm vasitədir və gənclərimiz İslam dinini milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi, Azərbaycançılıq ideyasına bağlı şəkildə öyrənməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.