"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Oğuzda “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq“ adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

 Fevralın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlərimizi yad ünsürlərdən qoruyaq“ adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin məsləhətçisi Bəhruz Orucov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, şöbənin məsləhətçisi Samir Salehov, Oğuz rayonu Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayonu Tərkəş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Çıxışlar zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir.
   Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 13-02-2019, 16:04 eye 1 366 eye Paylaş