Fevralın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Cəlilabad rayonu Maşlıq kənd “Şəhidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlərimiz qəhrəmanlarımızdır” adlı layihə çərçivəsində “Milli birlik və vəhdət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov, Cəlilabad RİH başçısının Maşlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirələm İsmayılov, Maşlıq kənd “Şəhidlər” kənd məscidi dini icmasınin sədri Həmzəxan Məhərrəmov, ziyalılar, ictimaiyyət nümatəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, milli birlik və vəhdət, bərabərlik, həmrəylik deməkdir. Müxtəlif ideologiya və inanclara sahib olanların ortaq məxrəcə gəlmələri, müştərək ideya uğrunda çalışmaları vəhdət və milli birliyimizin əsas qayəsidir.Cəmiyyətimizdə vəhdətin, qardaşlığın, birliyin və həmrəyliyin gözəl nümunələri var.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.