Fevralin 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qobustan rayon Çalov kənd məscidi dini icmasının təşkilatçılığı ilə Qobustan rayonu Çalov kənd məscidində “Vətəni sevgisi imandandır” adlı layihə çərçivəsində “Vətənə bağlılıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan RİH Başçısının Çalov kənd ümumi orta məktəbin direktoru Nemət Alcanov, Cəyirli kənd ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, Qobustan şəhəri Çalov kənd məscidi dini icmasının sədri Həqiqət Rəcəbov və kənd ictimaiyyəti iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, Vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, dilimizə, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır. O insan vətənə bağlıdır ki, doğma Vətənini müdafiə etsin, bayrağını uca tutsun. Dinimizdə “Vətəni sevmək imandandır” buyurulur. Bu o deməkdir ki, əgər bir qəlbdə iman varsa, sözsüz ki, Vətən sevgisi də olacaqdır.
Sonda tədbir iştirakçıarını maraqlandıran suallar cavabandırılıb.