"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Corat qəsəbəsində “Milli özünüdərkimizdə İslam amili” adlı tədbir təşkil edilib

Fevralın 12-də Sumqayıt şəhər Corat qəsəbə məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhər Corat qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə “Milli özünüdərkimizdə İslam amili” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov, Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icmasının sədri və məscidin imamı Sahib Məmmədov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycançılıq ideologiyası geniş müzakirə edilib. Azərbaycan xalqının tarixin bütün dövrlərində cəmləşdirdiyi milli-mənəvi dəyərlərin, adət və ənənələrin Ümummilli Lider Heydər Əliyevin sayəsində dövlət ideologiyasına çevrilməsindən söhbət açılıb. Azərbaycançılıq ideologiyasının təbliğində cəmiyyətin bütün fərdlərinə, o cümlədən din xadimlərinə məsuliyyət düşdüyü diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 12-02-2019, 15:10 eye 601 eye Paylaş