Fevralın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının təşkilatçlığı ilə Saatlı rayonu Şirinbəy kənd məscidində “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində “Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimizin qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və qeydiyyat şöbəsinin Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azər Həsənov, RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Saatlı rayonu Şirinbəy kənd məscididini icmasının sədri Mürsəl Bədirov, icma üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda dövlət-din münasibətləri, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, multikulturalizm və tolerantlıq, dini radikalizmin mahiyyətindən bəhs edilib, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.