"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Abşeron rayon Saray qəsəbə Cümə məscidində “İslam həmrəyliyi – Dini vəhdətə çağırış” layihəsi çərçivəsində tədbir keçirilib

Fevralın 11-də Abşeron rayon Saray qəsəbə Cümə məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Saray qəsəbə “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi – Dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Sağlam cəmiyyətin formalaşmasında milli-dini dəyərlərin rolu” mövzusunda sonuncu maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, Saray qəsəbə “Cümə” məscidinin imamı və icma sədri Qalib Tahirov, köməkçisi Əli Şərbətov, icma üzvləri, ziyalılar iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki sağlam düşüncəli gənc nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkəmiz hər zaman milli-dini dəyərlərini və xalqımıza məxsus xüsusiyyətlərini qoruyub saxlayıb. Qeyd olunub ki informasiya texnologiyalarının sürətli inkişafı müsbət dəyişikliklərlə yanaşı tarixən formalaşmış milli-dini dəyərlər sisteminə müəyyən dərəcədə təhlükə də yaradır. Bu baxımdan hər bir vətəndaş, xüsusilə gənclər milli-dini dəyərləri hər cür təhdidlərdən qorumalıdır.

calendar 11-02-2019, 16:07 eye 905 eye Paylaş