"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Zərdabda “Ən ülvi duyğu vətən sevgisi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Fevralın 8-də Zərdab rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Zərdab rayonu Gəlmə kənd  məscidi dini icmasının təşkilatçılığı ilə “Ən ülvi duyğu vətən sevgisi” adlı layihə çərçivəsində “Vətənpərvərlik və gənclər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Feyzulla Tağıyev, Gəlmə kənd məscidi dini icmasının sədri Mirzə Abbasov, dindarlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı diqqətə çatdırılıb ki, istənilən gəncin ictimai fəallığı varsa, bu elə vətənpərvərlik nümunəsidir. Bu bağlılıq çərçivəsində hər hansı gənc ildən-ilə artırdığı təcrübəsi ilə milli mənlik şüurunu inkişaf etdirir. Milli mənlik şüurunun dayaqları azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın vətənpərvərlik ruhunun aşılanmasında mühün rol oynadığı, vətənpərvərliyin yüksəldilməsində vacib əhəmiyyət kəsb etdiyi vurğulanıb. Hər bir gənc bu ideologiyaya əsaslanaraq öz milli mənliyini inkişaf etdirməli, vətənpərvər olmalıdır. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 8-02-2019, 16:00 eye 820 eye Paylaş