Fevralın 8-də Xaçmaz rayonu Pirquluoba kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Həsənqala kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının Pirquluoba kənd İnzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi Qürbət Qədirov, Xaçmaz rayonu Həsənqala kənd məscidi dini icmasının sədri Davud Qəhrəmanlı, kənd ictimaiyyəti və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də yeniyetmə və gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.