"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şamaxı şəhəri “İmamzadə” məscidində maarifləndirici tədbir keçirilib

Fevralın 8-də Şamaxı şəhər “Cümə” məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı şəhəri “İmamzadə” məscidi dini icmasının təşkilatçılığı ilə  “Şəhidlik zirvəsi” adlı layihə çərçivəsində “Torpaq, uğrunda ölən varsa Vətəndir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi və Şamaxı İmamzadə” məscidi dini icmasının sədri Elşən Rüstəmov, İmamzadə məscidinin imam-müavini Rəfail Şirinov, Şamaxı şəhər “Cümə” məscidi Mərkəz dini icmasının sədri Akif Hüseynov,  eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, vətənpərvərlik, hər şeydən əvvəl, Vətəninin mənafeyini qorumaqdır. O insan vətənə bağlıdır ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, mənəvi dəyərlərinin cəfakeşi olsun, bayrağını uca tutsun. Dinimizin vətəni İlahi əmanət kimi təqdim etməsi, eyni zamanda ona məhəbbət bəsləməyi zəruri bilməsi xüsusi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavabandırılıb.

calendar 8-02-2019, 15:56 eye 1 133 eye Paylaş