Fevralın 8-də Füzuli rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Füzuli rayonu Mahmudlu-2 kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu Mahmudlu-2 kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli, Füzuli rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Xudaverdiyeva, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, vətənpərvərlik hissi gənclərimizdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik formalaşdırır. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ailə, məktəb və ictimaiyyət bu amildən səmərəli istifadə etməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.