"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Cocuq Mərcanlıda növbəti maarifləndirici tədbir keçirilib

Fevralın 8-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd klubunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən amil kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri  və imamı Elman Piriyev, Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri, maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Milli kimliyi ifadə edən dəyərlər, eyni zamanda, xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir.

calendar 8-02-2019, 15:50 eye 577 eye Paylaş