"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağdamda “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib

Fevralın 8-də Ağdam rayonu Quzanlı qəsəbəsi Mədəniyyət evində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayonu Xındırstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Şəhriyar İsmiyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Ağdam rayon Dram teatrnın direktoru Məhəmməd Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, dini icma üzvləri, və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi bugünkü gənc nəslin qarşısında duran əsas vəzifədir və bunun üçün hər bir gənc maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 8-02-2019, 15:43 eye 952 eye Paylaş